Gəncədə yanğın olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində baş verib. Qəsəbədə yerləşən vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köşk anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı dəmir konstruksiyalardan ibarət olan köşk yanaraq külə dönüb. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğının başvermə səbəbləri araşdırılır.
Tural Əhmədov