Bir müddətdir ayrılacaqları barədə xəbərlər gündəmdə olan Yasemin və İzzet Özilhan cütlüyü razılıq əsasında boşanıb.

"Unikal" xəbər verir ko, ayrılıqdan sonra ilk açıqlama Yasemin Özilhan tərəfindən verilib.

Məşhur aktrisa prosesin tamamilə qarşılıqlı razılıq əsasında baş verdiyini bildirib və barəsində səsləndirilən xəyanət iddialarını təkzib edib. O, keçmiş əri ilə münasibətlərini uşaqları üçün ortaq anlayış və harmoniya içində davam etdirəcəklərini vurğulayıb.

XXX

10:10

2000-ci illərdə "Doktorlar" serialındakı "Ela" obrazı ilə tanınan Yasemin Özilhanın İzzet Özilhandan boşandığı iddia edilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün ayrlmasına səbəb xəyanət olduğunu bildirilir. 

Xatırladaq ki,  aktrisa 2011-ci ildə iş adamı İzzet Özilhanla ailə həyatı qurub. Onların 12 və 13 yaşlarında iki qızı var.

Yasemin və İzzet Özilhandan hələlik rəsmi açıqlama verilməyib.