Londonda ikimərtəbəli avtobus səkiyə çıxıb və binaya çırpılıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, insident Britaniya paytaxtının ən işlək dəmir yolu vağzallarından biri – Viktoriya yaxınlığında baş verib.

17 nəfər xəsarət alıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə tibbi yardım göstərilib.

Şahidlərin sözlərinə görə, avtobus çox sürətlə hərəkət edib və yoldan çıxıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir.