Tanzaniyada keçirilən futbol qarşılaşması gözlənilmədən arıların hücumu səbəbindən dayandırılıb.
"Unikal" xəbər verir ki, hadisə Babati stadionunda mövsümöncəsi turnir çərçivəsində “Abudja” və “JCU” komandaları arasında matç zamanı baş verib.
Matçın 78-ci dəqiqəsində hesab 1:1 olarkən meydançaya hücum edən arılardan qorunmaq üçün futbolçular yerə uzanıb. Yan xətt hakimi və operator da eyni şəkildə hərəkət edib, ehtiyat oyunçular isə skamyaların altına gizləniblər. Məlumata görə, insidentdə xəsarət alan olmayıb.
Seymur Əli