"Amerika Birləşmiş Ştatları Hindistan və Rusiyanı itirib".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Onun sözlərinə görə, hər iki ölkə artıq Çinin təsir dairəsinə keçib. Paylaşımına Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və Hindistanın baş naziri Narendra Modinin birgə fotosunu da əlavə edən Tramp yazıb:
“Görünür, biz Hindistanı və Rusiyanı Çinə uduzduq – ən qaranlıq və dərin gücə. Qoy onların birlikdə uzun və firavan gələcəyi olsun!”.