Xızıda suda boğulan iki qardaş Tovuzda dəfn edilib.

"Unikal" xəbər verir ki, qardaşlar rayonun Cilovdarlı kəndində torpağa tapşırılıblar. Hadisə nəticəsində ölən şəxslər Tovuz rayon Cilovdarlı kənd sakinləri - 2001-ci il təvəllüdlü Ramazan Abdıyev və qardaşı 1999-cu il təvəllüdlü Orxan Abdıyevdir.

Qeyd edək ki, hadisə sentyabrın 2-si Xızı rayonun Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalında qeydə alınıb.

Tural Əhmədov