ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Smit Volodimir Zelenskiyə Rusiya lideri Vladimir Putinin dəvəti ilə Moskvaya getməməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, onun sözlərini "The Hill" nəşri sitat gətirib.
"Mən Zelenskiyə pulsuz məsləhət verirəm - Moskvaya getməyin!", - Smit ifadə edib.
Konqresmenin sözlərinə görə, əgər Putin Zelenski ilə görüşmək istəyirsə, bunu neytral ərazidə etməlidir. Bundan əvvəl Rusiya lideri Zelenskini danışıqlara hazır olduğu təqdirdə Moskvaya səfərə dəvət edib. Putin qeyd edib ki, o, heç vaxt görüşün mümkünlüyünü istisna etməyib. Zelenski daha sonra Moskvada görüşməkdən imtina edib.