Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan jurnalistlərə ordu büdcəsinin daha da artırılması imkanlarından danışıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Onun sözlərinə görə, 2017-ci ildə Ermənistanın hərbi büdcəsi 400 milyon təşkil edirdisə, 2025-ci ildə bu, 1 milyard 700 milyona çatacaq: "Bu xərclər əsasən hərbi satınalmalara aiddir. Onlar plan üzrə aparılır. 2026-cı ildə alınma ehtiyacı azalır. Çünki 2025-ci ildə artıq lazımi alışlar edilib".

Aleksanyan qeyd edib ki, buna baxmayaraq əlavə planlaşdırma aparılır: "Hesab edirəm ki, kəskin artıma artıq ehtiyac yoxdur, çünki birincisi, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıblar, ikincisi, son illərdə büdcənin onsuz da kəskin artım tempi kifayətdir". 

O, jurnalistlərin qüvvələr balansının bərpa olunub-olunmaması ilə bağlı sualına belə cavab verib: "Niyə biz özümüzü birbaşa Azərbaycanla müqayisə etməliyik? Bizim Ermənistanın suveren ərazisini müdafiə edə biləcək döyüşə hazır ordumuz olmalıdır. Məhz buna görə də hökumətimiz əvvəlki cüzi 400 milyonluq büdcəni 1 milyard 700 milyona çatdırıb".

Ağarza Elçinoğlu