Ermənistan Dövlət Maraqları Fondunun (ANİF) QSC-nin keçmiş direktoru Davit Papazyan barəsində beynəlxalq axtarış elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi əmr imzalayıb.
Papazyan barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət təqibi başlanıb: sənədləri saxtalaşdırma (457-ci maddə), xüsusilə külli miqdarda çirkli pulların yuyulması (296-cı maddənin 3-cü hissəsi, 2 və 3-cü bəndləri) və vəzifə səlahiyyətlərindən sui-istifadə (22,7-ci bəndlər).
Ağarza Elçinoğlu