Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov İkinci Fəxri Xiyabanda aparılan yenidənqurma və abadlıq işləri ilə bilavasitə tanış olmaq məqsədilə əraziyə baş çəkib.
"Unikal" xəbər verir ki, burada Vətən Müharibəsində şəhid olmuş zabit və əsgərlərimizin məzarlarına baxış keçirilib. Baxışda podratçı şirkət və RİH-in vəzifəli şəxsləri də iştirak ediblər.
Yasamal Rayon Icra Hakimiyyətinin başçısı öz tapşırıq və tövsiyyələrini verib, aparılan işlərin ən yüksək standartlara cavab verməli olduğu vurğulanıb.
Qeyd olunub ki, Vətən Müharibəsinin 5 illiyi ərəfəsində şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi xüsusi önəm daşıyır. Bu baxımdan xiyabanın vahid və yüksək estetik görünüşə malik bir kompleks kimi təqdim edilməsi hər kəsi məmnun etməlidir. Aparılan yenidənqurma və abadlıq işləri zamanı mütəxəssislərin, memar və inşaatçıların, həmçinin şəhid ailələrinin rəyləri də nəzərə alınıb. Yenidənqurma və abadlıq işlərinin yaxın zamanlarda tamamlanacağı gözlənilir.