Futbol üzrə Azərbaycan milli komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

"Unikal" xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv D qrupunun ilk oyununda İslandiya yığmasının qonağı olacaq. Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Matçın baş hakimi niderlandlı FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətt hakimləri qismində Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR hakimi Jerön Mansxot, onun köməkçisi Klay Ruperti olacaq.

Qeyd edək ki, bu qrupun digər oyununda Ukrayna millisi Fransa yığması ilə qarşılaşacaq.