Yevlaxda üçotaqlı ev yanıb.
Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nemətabad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.