Rusiyanın Özbəkistandakı diplomatik missiyasına Rusiyanın Türkiyədəki keçmiş səfiri Aleksey Erxov rəhbərlik edəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
"Aleksey Vladimiroviç Erxov Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilsin", - sərəncamda deyilir.
***14:23
Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Aleksey Erxov tutduğu vəzifədən azad edilib.
"Unikal" xəbər verir ki, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.