Türkiyənin Balıkesir əyalətində zəlzələ olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4,1 bal gücündə zəlzələ Bakı vaxtı ilə 11:52-də yerin 9,23 kilometr dərinliyində baş verib. Episentri Balıkesirin Sınırdağı rayonu olub.

Zəlzələnin yaxınlıqdakı Bursa şəhərində də hiss olunduğu bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.