Rusiya prezidenti Vladimir Putin “rus ayısının” Çin və Hindistanla ittifaqda yeri ilə bağlı suala zarafatla cavab verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Şərq İqtisadi Forumunun plenar iclasında moderator Putinə Çin Xalq Respublikasının sədri Si Cinpin və Hindistanın baş naziri Narendra Modi ilə birlikdə olan və bütün dünya mediasında yayılan fotoşəkili xatırladıb.

Foto artıq simvolik olaraq “fil, əjdaha və ayı” kimi təsvir edilib. "Bəs ayı bu ittifaqda hansı yeri tutur?", - deyə moderator soruşub. 

Prezident isə zarafatla cavab verib: "Ayı ayıdır".

Putin onu da vurğulayıb ki, ayı Rusiyanın simvoludur, lakin dünyanın ən böyük pələngi Ussuri pələngidir ki, o da Rusiyadadır: "Ayı, əlbəttə ki, Rusiyanın simvoludur, lakin biz Uzaq Şərqdəyik. Yeri gəlmişkən, dünyanın ən böyük pələngi olan Ussuri də rus pələngidir".

Putin bu kontekstdə əjdaha ilə filin qarşılıqlı təsirindən danışanın Si Cinpin olduğuna diqqət çəkib. 

Ağarza Elçinoğlu