"Trabzonspor" əzəli rəqibi "Beşiktaş"dan hücum xəttinə sürpriz transfer etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, "Beşiktaş" və "Trabzonspor" Ernest Muçinin 1 illik icarəyə verilməsi ilə bağlı razılığa gəlib. Klubun oyunçunu satın alma opsionu ilə icarəyə götürəcəyi bildirilir.
Muçi və Trabzonspor müqavilə detallarını müzakirə edir.
24 yaşlı futbolçunun "qara-ağlar"la müqaviləsi 2027-ci ilə qədərdir.