"Fənərbağça" baş məşqçi Joze Mourinyu ilə yollarını ayırdıqdan sonra maraqlı detallar üzə çıxıb.

"Unikal" fanata-a istinadən xəbər verir ki, klub ayrılıqdan sonra heç bir açıqlama verməməsi üçün portuqaliyalı mütəxəssisə müəyyən məbləğ ödəyib.

Bu barədə məlumatı türkiyəli jurnalist Feridun Niğdelioglu yayıb.

Bu xəbər sosial mediada böyük maraq doğurub.Klubun və mütəxəssisin mediadan nə gizlətdiyi hələ də sual altındadır.