Slovakiyanın Baş naziri Robert Fitso Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə enerji infrastrukturunun təhlükəsizliyini müzakirə edib.

"Unikal" xəbər verir ki, görüş Fitsonun Çinə səfərindən və orada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi danışıqlardan qayıtdıqdan qısa müddət sonra baş tutub. O, daha əvvəl bəyan etmişdi ki, bu vacib söhbət zamanı əldə etdiyi bir sıra nəticələri Zelenski ilə bölüşmək niyyətindədir.

Qeyd edək ki, son günlər Ukrayna Silahlı Qüvvələri “Drujba” boru kəməri infrastrukturuna bir neçə zərbə endirib. Bu kəmər vasitəsilə neft Ukrayna ərazisindən Slovakiyaya və Macarıstana nəql olunur. Hücumlar səbəbindən nəql müvəqqəti dayandırılıb.