Bu gün saat 7 radələrində Bakı-Quba avtomobil yolunun 28-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, "Mercedes-Benz" markalı yük avtomobili ilə sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində avtobusda olan 2 sərnişin yüngül xəsarət alıb. 

İlkin ehtimala görə, hadisəyə səbəb yük avtomobilinin təkərlərindən birinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli