Almaniyanın Türingen əyalətindəki Droqnits kəndinə ildırımın düşməsi bir neçə evin yanması ilə nəticələnib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, gecəyarısı baş verən hadisə zamanı ildırım kəndin mərkəzindəki təsərrüfat tikililərindən birinə düşərək yanğına səbəb olub.
Yanğın sonradan yaxınlıqdakı evlərə keçib. Türingen polisinin açıqlamasında üç evin, bir neçə təsərrüfat tikilisi və anbarının tamamilə yandığı bildirilib. Ümumilikdə 18 nəfər, o cümlədən azyaşlı və yaşlı sakinlər evsiz qalıb. Zərərçəkənlər müvəqqəti olaraq digər sakinlərin evlərinə sığınıblar.
Yanğının söndürülməsinə 150-yə yaxın xilasedici cəlb edilib. Əməliyyat zamanı iki yanğınsöndürən də xəsarət alıb.