"Gənclik Mall"da kosmetik məhsullar satan "Kiko Milano" mağazasından şikayət var.
"Unikal"a müraciət edən vətəndaş bildirib ki, adıçəkilən mağazadan 353 manat dəyərində məhsul alıb.
Ona təqdim edilən çekdə ƏDV göstərilsə də, onu yükləmək mümkün olmayıb.
ƏDV-ni əlavə etmək istədikdə, "Siz bu çeki artıq əlavə etmisiniz" sözləri görünüb.
Seymur Əli