Qubada bıçaqlanma hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, Quba rayonunda 1993-cü il təvəllüdlü Ceyhun Kərimov aralarında yarnmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Murad Nəcəfova kəsici alətlə xəsarət yetirib.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. 

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca