Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Ukrayna sərhədləri ilə bağlı gözlənilməz açıqlama verib.

"Unikal" xəbər verir ki, Sikorski Polşa televiziyasına açıqlamasında deyib: “Mən Ukraynaya nə etməli olduğunu söyləmək istəmirəm, amma eyni zamanda inanıram ki, Ukrayna müdafiə edə biləcəyi sərhədlər daxilində qalmalıdır”.

Nazir ayrıca vurğulayıb ki, belə sərhədlər daxilində Kiyev Qərblə inteqrasiya imkanlarını saxlaya biləcək.