06.09.2025-ci il tarixində saat 00:10 radələrində xəsarət alması səbəbilə 1968-ci il təvəllüdlü (kisi cinsli) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

Bu barədə "Unikal"ın sorğusuna cavab olara TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ona sol budun arxa səthinin yuxarı 1/3 hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

Şəmkirdə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Şəmkir rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***09:01

Şəmkirdə qayınata və kürəkən bir-birilərinə bıçaqla xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Tural Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq T.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Qətlin bəzi detalları məlum olub. Belə ki, qətlə yetirilən 32 yaşlı T.Abdullayev bir neçə ay əvvəl Bakı şəhərində kafelərin  birində qətli  törədən Sənan Əsgərovun qızı T.Əsgərova ilə tanış olublar. Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar.

Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub, ayrılıblar. Ayrılandan sonra T.Abdullayev T.Əsgərovanın videolarını "TikTok"da paylaşıb. Buna qəzəblənən T.Əsgərova atasının yaşadığı Şəmkir rayon Sarıtəpə kəndinə gəlib. İki gün əvvəl isə Tural Abdullayev Sarıtəpə kəndində gələrək T.Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib. Onlar yenidən barışıblar, T.Abdullayev bir gün qayınatasının evində qonaq olub.

Ötən gecə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov otağa daxil olaraq onu bıçaqla vurub. Bu zaman mərhum T.Abdullayev qayınatası S.Əsgərovun bud nayihəsindən bıçaqla vurub. Hər iki şəxs xəstəxanaya aparılsa da, Turalın həyatını xilas etmək mümkün olmayıb. S.Əsgərovun müalicəsi xəstəxanada davam etdirilir. Məlumata görə, hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini bildiribmiş. Hadisə vaxtı S.Əsgərov sərxoş olub.

Qeyd edək ki, S.Əsgərovun qızı T.Əsgərova Tural Abdullayevin ikinci ailəsi olub. T.Əsgərovanın  iki övladı var. Baş vemiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

Tural Əhmədov