“Real”ın hücumçusu Kilian Mbappe klubda avqust ayının ən yaxşı futbolçusu seçilib.
"Unikal" xəbər verir ki, səsvermənin nəticələrinə görə, 26 yaşlı fransalı Vinisius Junior, Din Hoysen, Aurelien Çuhamen və Arda Güleri qabaqlayıb.
Ötən ay Mbappe İspaniya La Liqasında 3 oyun keçirib və 3 qol vurub.