Avropa Oyunları Parkında təşkil edilmiş airbadminton üzrə Avropa çempionatı başa çatıb.

"Unikal" xəbər verir ki, dünən turnirin yarımfinal və final görüşləri reallaşıb.

Yarımfinalda Bolqarıstan yığmasını 60:43 hesabı ilə üstələyən Azərbaycan millisi finala yüksəlib.

Təmsilçimiz həlledici qarşılaşmada Almaniya yığması ilə qarşılaşıb. Rəqibinə 49:60 hesabı ilə uduzan yığmamız Avropa çempionatında ikinci olub.