Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan "Nissan" markalı minik maşını idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz  rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən deformasiyaya uğrayan avtomobildən sürücü çıxarılıb.

Xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Tural Əhmədov