Ukraynada fəaliyyəti qadağan olunmuş “Həyat Üçün – Müxalifət Platforması” partiyasından olan deputat həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Bildirilib ki, deputat Fydor Xristenko vətənə xəyanətdə şübhəli bilinərək axtarışa verilib və Ukrayna ərazisində saxlanılıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən tammiqyaslı işğal başlamazdan xeyli əvvəl əməkdaşlığa cəlb olunub və xüsusi xidmət orqanlarının tapşırıqlarını fəal şəkildə yerinə yetirib.