Almaniyanın ən böyük aviaşirkəti “Lufthansa”nın və onun yükdaşımalar üzrə törəmə şirkəti “Lufthansa Cargo”nun pilotları tətil keçirib-keçirməmək barədə səsvermədə iştirak edəcəklər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, pilotları təmsil edən “Kokpit İttifaqı” həmkarlar təşkilatı səsverməni sentyabrın sonunadək keçirməyi planlaşdırır.
Qərar pensiyalarla bağlı aparılan danışıqların nəticəsiz qalmasından sonra qəbul olunub.