Oğuzda qarşısına inək çıxan sürücü qəza törədib, ölən və xəsarət alan var.

"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, xanım sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan xanımlardan biri ölüb, digəri isə xəsarət alıb. Xəsarət alan sərnişin Qəbələ Rayon Mərkəzi  Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəza zamanı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seymur Əli