Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “VAZ-2107” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***21:22
Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Çaylı-Xanlıqlar yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı maşın digər avtomobillə toqquşub. Ağır qəza nəticəsində "VAZ-2107" deformasiyaya uğrayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən deformasiyaya uğrayan nəqliyyat vasitəsindəki 3 nəfər çıxarılıb.
Qəza zamanı 1993-cü il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü S.Sadıqov və daha bir nəfər xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov