21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasını Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə oyuna köməkçi məşqçi Elnur Çodarov çıxaracaq.
"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, sentyabrın 9-da “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, U-21 yığmasının çalışdırıcısı Ayxan Abbasov həmin gün Azərbaycanın əsas millisini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə matça çıxaracaq.