2022-ci ilin sentyabrında “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin partladılmasında əli ola biləcək bir qrup şəxsin həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı postunu tutan Valeri Zalujnının göstərişi ilə hərəkət etdiyi iddia edilir.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Welt" nəşri mənbələrə istinadən məlumat yayıb.

"Hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışan Valeri Zalujnının boru kəmərinin partladılmasında əli olması barədə hələ 2023-cü ildə mətbuatda məlumat yayılmışdı.2025-ci ilin avqustunda təxribatı törədənlərdən biri, Ukrayna vətəndaşı Sergey Kuznetsov Almaniyanın tələbi ilə İtaliyada saxlanılıb. Partlayış zamanı həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin bölməsinə rəhbərlik edirdi. O, insidentlə əlaqəsini və 2022-ci ilin sentyabrında Ukraynada olduğunu iddia edir", - KİV yazıb.