İstanbul Sabiha Gökçen Hava Limanında "Duty Free" mağazasından oğurluq edən sərnişinlər "AJet"in Bakıya uçan təyyarəsində saxlanılıblar. 

"Unikal" xəbər verir ki, mağaza işçiləri hadisəni görüb və polisə məlumat veriblər. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarədə axtarış apararaq oğurlanmış əşyaları tapıblar. Hadisədə iştirak edən sərnişinlər polisin müşayiəti ilə təyyarədən endirilib.

Sabiha Gökçen-Bakı reysi ilə uçan AJet aviaşirkətinin VF179 saylı reysi insidentlə əlaqədar qısa gecikmə ilə uçub.