Çexiya Belarus diplomatını persona non-qrata (arzuolunmaz şəxs) elan edib.
"Unikal" bu barədə ČTK informasiya agentliyinə istinadla xəbər verir.
Agentliyin məlumatına görə, Belarus xüsusi xidmət orqanları üçün diplomatik pərdə altında işləyən səfirliyin əməkdaşı 72 saat ərzində respublika ərazisini tərk etməlidir.
Məlumatda bildirilir ki, Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti digər Avropa ölkələrinin xüsusi xidmət orqanları ilə birlikdə Belarus kəşfiyyat şəbəkəsini ifşa etməyə nail olub.
İddia edilir ki, şəbəkə Avropada Belarusun Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən yaradılıb.