Ermənistanın Armavir şəhərində 12 nəfər qidadan zəhərlənib.
"Unikal" xəbər verir ki, zəhərlənənlər “Armavir Garden” restoranında göbələk şorbası yedikdən sonra özlərini pis hiss ediblər. Sonradan məlum olub ki, həmin restoranda daha 10 nəfər toyuq qanadı, toyuq salatı və toyuq pizzası yedikdən sonra xəstəxanaya aparılıb.
Restorandan yeməklərdən nümunələr götürülərək ekspertizaya göndərilib.