Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq.
Bu haqda "Unikal"a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilir ki, Nəsimi və Nərimanov rayonlarını içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bu rayonların bəzi ərazilərinə 8 sentyabr, saat 22:00-dan etibarən 9 sentyabr tarixində gün ərzində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.