Serb futbol azarkeşlərinə DÇ-2026-nın seçmə mərhələsində Latviya ilə səfər matçı üçün stadiona öz ölkələrinin bayraqlarını gətirmək qadağan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Polisin bu qərarı təhlükəsizlik və azarkeşlər arasında baş verə biləcək münaqişə və toqquşmaların qarşısını almaqla əsaslandırdığı bildirilir. Eyni zamanda sosial şəbəkə istifadəçiləri Serbiya və Rusiya bayraqlarının oxşarlığının münaqişəyə səbəb ola biləcəyini etiraf ediblər.