İranın kəşfiyyat xidmətləri Fransa səfirliyinin iki əməkdaşını saxlayıb.

"Unikal" xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barro bu barədə X sosial media platformasında məlumat yayıb.

Xarici işlər naziri yazıb: "Onlar bir neçə saat səbəbsiz saxlanılıb, dindirilib və onlardan biri kobud rəftara məruz qalıb. Nəticədə səfirliyə qayıda biliblər və hazırda təhlükəsiz olduqları yerdədirlər".

Barro əlavə edib ki, səfirlik əməkdaşları yaxın saatlarda Fransaya qayıdacaqlar. O, hadisəni "qorxutma aktı" və "diplomatik toxunulmazlığın pozulması" adlandırıb.

Nazir qeyd edib ki, saxlanılan diplomatlar İranda vətəndaş cəmiyyətini dəstəkləmək üçün Fransa proqramlarını həyata keçirirdilər.