Futbol üzrə UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

"Unikal" xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçilərinin də potensial rəqibləri bəlli olub.

"Neftçi" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasını üstələsə, növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi, "Zirə" isə Estoniyanın "Payde" klubunu məğlub etsə, "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) komandası ilə qarşılaşacaq “Qarabağ” isə məğlub olacağı təqdirdə, Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6 və 13-də keçiriləcək.