Aparıcı Vüsalə Əlizadə Ağ şəhərdə evi olması iddialarına ilk dəfə cavab verib.

"Unikal" xəbər verir ki, aparıcı evi olmadığını, illərdir kirayədə yaşadığını deyib:

"Heç sevmirəm köç etməyi. Mən çox yoruldum. İllərdir, balamı dişimə alıb işim üçün, onun təhsili, gələcəyi üçün bu yükə qatlandım, amma kirayə olduğum hər evə yad evi demədən o qədər sevgi verdim, bağlandım ki, sevginin dünyanı gözəlləşdirəcəyinə o qədər inandım ki... Əminəm ki, Allahım məni yenə mükafatlandıracaq. Haqqıma girənləri, babalımı yuyanları, sadəcə, Allaha həvalə etdim. Allah hər kəsə ürəyinə görə versin. Allah qismət etsin, tezliklə öz evimizə köçək".