Veysəloğlu Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri, jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib. Bu münasibətlə Şurada düzənlənmiş toplantıda çıxış edən MŞ sədri Rəşad Məcid bildirib ki, M.Qəribli həm jurnalist, həm də çalışdığı qurumun cəmiyyətlə əlaqələrinin qurulmasına məsul şəxs kimi media cameəsinin təmsilçiləri tərəfindən daim hörmətlə qarşılanır. Bu cəhət yubilyarın işinə peşəkar yanaşmasının, məsuliyyətinin nəticəsidir.

"Unikal" xəbər verir ki, toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, həmçinin, “Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı, “Azsiyaset.az” saytının baş redaktoru Samir Feyruzov, “Globalinfo.az” saytının baş redaktoru Azər Ayxan, “Tribuna” İnformasiya Agentlinin (tia.az) baş redaktoru Əlişir Əhəd, “Bakivaxtı.az” saytının təsisçisi İqbal Alısoy, “Azpolitika.info” saytının baş direktoru Elnur Məhərrəmli, “Manset.az” saytının baş redaktoru Əli Vəliyev, “Pravda.az” saytının baş redaktoru İlkin Pirəli, “Azxeber.com” saytının redaktoru Əfsələddin Ağalarov, “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı, Azərbaycan Qiymətləndiricilər Palatasında İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Azər Niftiyev,  “Bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynli, “1xeber.media”nın rəhbəri Tural Əhmədov, jurnalist Vilayət Muxtar və başqaları M.Qəriblinin dürüst, peşəkar mətbuat xidməti rəhbəri, istedadlı jurnalist, qayğıkeş həmkar və dost kimi səciyyələndirən xüsusiyyətlərə diqqət çəkib, xatirələrini bölüşüb, ona 50 illik yubileyi ilə bağlı təbriklərini, arzu və diləklərini çatdırıblar.

Sonda çıxış edən M.Qəribli xoş sözlərə və əməyinə verilən yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Qəribli 1997-ci ildən media sahəsində çalışır və ölkənin bir çox nüfuzlu media qurumlarında jurnalist, redaktor, baş redaktor kimi fəaliyyət göstərib. Çoxsaylı məqalə, analitik yazı və araşdırmanın müəllifidir. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.