Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə müdafiə naziri vəzifəsindən istefa verən Mixail Fyodorova Milli Təhlükəsizlik və Müdafiə Şurasında (NMTŞ) vəzifə təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, "Zelenski həftəsonu Fyodorovla altı saatlıq görüş keçirib və vəzifəsindən azad edildikdən bəri, demək olar ki, hər gün onunla əlaqə saxlayır..." Zelenski Fyodorova bir neçə alternativ vəzifə təklif edib, lakin o, hamısını rədd edib.

Jurnalistlərin sözlərinə görə, dövlət başçısı keçmiş müdafiə nazirinin NMTŞ-də mövqe tutmasını istəyib ki, bu da ona hərbi islahatların həyata keçirilməsi və müdafiə sektorunda innovasiyaların tətbiqi üçün geniş səlahiyyətlər verərdi. Lakin Fyodorov imtina edib, çünki o yalnız Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə qayıtmağa hazırdır.