Fransanın baş naziri Fransua Bayru hökuməti deputatların ona etimad göstərməməsindən sonra istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Euractiv portalı məlumat yayıb.
Qeyd olunur ki, Bayru 9 aydan sonra istefa verəcək. Onun hökumətinə 364 deputat etimad göstərməyib, 94 deputat isə lehinə səs verib.
*** 20:23
Fransa hökumətinin ona etimadsızlıq səsverməsi halında istefa verməsi ölkənin üzləşdiyi ciddi problemləri həll etməyəcək.
"Unikal" xəbər verir ki, bunu baş nazir Fransua Bayru deyib.
"Fransa üçün problemlər, təhdidlər və risklər tamamilə qalacaq, hökuməti devirmək qüdrətinə sahibsən, amma reallığı silmək gücün yoxdur. Reallıq amansız olaraq qalacaq", - deyə Bayru bildirib.
O vurğulayıb ki, bu halda dövlət xərcləri artacaq və borc yükü ölkə üçün getdikcə ağırlaşacaq.