Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Sin Cinpin Pekində keçirilən görüşdə orqan transplantasiyası vasitəsilə ömrün 150 ilə uzadılması ideyası dünya mətbuatının diqqətini çəkib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bəzi xarici ekspertlər bu ideyanın reallıqda əsasının olub-olmadığını araşdırıblar. 

Mütəxəssislərin fikrincə, orqan transplantasiyası milyonlarla insanın həyatını xilas edir: böyrəklər, qaraciyərlər və ürəklər onilliklər ərzində fəaliyyət göstərə bilər, xüsusən donor sağlamdırsa və xəstə tövsiyələrə diqqətlə əməl edirsə.

Bununla belə, transplantasiya həmişə risklə əlaqələndirilir: əməliyyatlara dözmək çətindir, ömürlük dərmanlar infeksiya və ağırlaşmaların ehtimalı və s. Alimlər geni dəyişdirilmiş donuzlardan tutmuş insan kök hüceyrələrindən böyüyən toxumaya qədər “mükəmməl” orqanlar yaratmaq üzərində işləyirlər. İlk eksperimentlər artıq aparılıb, lakin donuz orqanları qəbul edən xəstələr uzun ömür sürməyib və tam işlək süni orqanlar hələ yaradılmayıb.

Edinburq Universitetinin professoru Neil Mabbottun fikrincə, insan ömrünün nəzəri həddi təxminən 120-125 il olaraq qalır.

"Orqanlar dəyişdirilsə belə, qocalmış orqanizm infeksiyalara, xəsarətlərə və stressə daha az dözür", o,izah edib.  Mütəxəssislər yeni texnologiyaların ciddi xəstəliklərin müalicəsi və aktiv uzunömürlülüyün uzadılması üçün vacib olduğu ilə razılaşırlar, lakin hələ ki, “ölümsüzlük” və ya 150 il yaşamaq tərəddüd altındadır. 

Gülayə Mecid