Cersi ştatının hakimiyyət orqanları korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinən rusiyalı milyarder Roman Abramoviç barəsində cinayət işi açıb.
"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti İsveçrə Federal Cinayət Məhkəməsinin sənədlərinə istinadən məlumat yayıb.
Sənədlər göstərir ki, müstəntiqlər Abramoviçin “1990-2000-ci illərdə Rusiyada kapitalizmin xaotik və nəzarətsiz yüksəlişi zamanı” əldə etdiyi sərvətlərin mənbələrini öyrənmək istəyirlər. İstintaq çərçivəsində Cersi hökuməti İsveçrə məhkəmələrinə bir neçə sorğu göndərib. Onların köməyi ilə milyarderlə əlaqəli şirkətlərin bank hesabları haqqında məlumat əldə etmək istəyirlər.
“Abramoviç vəkilləri vasitəsilə bütün ittihamları rədd edib və onun cinayət fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı təklifin yalan olduğunu bildirib”, - deyə nəşr yazır.