İstanbul hakimiyyəti şəhərin mərkəzi rayonları da daxil olmaqla altı rayonunda mitinq və nümayişlərə qadağa qoyub, qərar üç gündən çox müddətə qüvvədə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə İstanbul vilayətinin rəhbərliyi məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, qadağa 7-10 sentyabr saat 23:59-a kimi Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında qüvvədə olacaq.
Qadağanın səbəbi açıqlanmır. Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası bazar ertəsi gecə tərəfdarlarını partiyanın İstanbul şöbəsinin binası qarşısında etiraz aksiyası keçirməyə çağırıb. Qərara bu çağırışın səbəb olduğu bildirilir.