Belarus prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfəri zamanı təşkilat rəhbərlərinə hədiyyə olaraq Belarus kartofu və kolza yağı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə “Belarus 1” telekanalının efirində bildirilib.
Jurnalistlər Aleksandr Lukaşenkonun Tyantszin hava limanında qarşılanma mərasimi zamanı Belarusun bir nömrəli təyyarəsinin “gizli yükünü” araşdırıblar.
"Söz verdiyi kimi, Aleksandr Lukaşenko Şanxay təşkilatının həmkarları üçün "Perşatsvet" və "Briz" gətirib. Bunlar hədiyyə kartof növləridir. Hədiyyələr arasında kolza yağı da var olub", - deyə telekanal qeyd edib.