Gəncədə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan "Mersedec Vito" markalı mikroavtobusla "Opel "markalı minik maşını toqquşub.

Qəza zamanı 1987-ci il təvəllüdlü M.İsmayılov və 2004-cü il təvəllüldü O.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla araşdırılır.

Tural Əhmədov