İrlandiyanın baş nazirinin müavini Saymon Harrisin evinə bomba qoyulacağı ilə bağlı hədələr edilib.
"Unikal" xəbər verir ki, bu, bir həftə ərzində İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Harrisə edilən üçüncü təhdiddir.
Harris bu hədələrin onu "dövlət vəzifəsindən uzaqlaşdırmaq üçün" edildiyini bildirib.
O, onlayn təhdidlər və hədə-qorxu ilə bağlı hökumət həmkarları ilə məsləhətləşəcəyini deyib.